Daxili İşlər Nazirliyi Ucarda baş verən güllələnmə ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Ucar rayonunun Alpout kənd sakini T.Tağıyevin tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
İlkin araşdırma hadisənin rayonunun Məlikballı kənd sakini X.Xəlilzadənin əlində olan tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyini müəyyən edilib.
Faktla bağlı Ucar RPŞ-də araşdırmalar aparılır.
***
saat 12:55
Ucar sakini güllələnib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün rayonun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib. Alpout kənd sakini, 33 yaşlı Tural Musa oğlu Tağıyev güllə yarası ilə Ucar Mərkəzi rayon Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına göndərilib.
Hadisəni törədən şəxsin müəyyənləşdirilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.