Şəkidə dağa qalxan xarici turisti itlər parçaladı - VİDEO
30 avqust 2026 09:06 (UTC +04:00)

Şəkidə dağa qalxan xarici turisti itlər parçaladı - VİDEO

0

Avqust ayının 29-da saat 17:00 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland Krallığının vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən xəbərə görə, müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt – Bakı aviareysi ilə Azərbaycan Respublikasına gələn Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb.

Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ağır yaralı şəxsin təxliyəsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri  ilə dərhal əraziyə Dövlət Sərhəd Xidmətinin tibb heyəti və xilasetmə qrupu göndərilib.

Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində, çətin dağlıq relyefdə həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində  başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan, köməksiz vəziyyətdə qalan Niderland vətəndaşına DSX-nin tibb heyəti tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilmiş və operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 740

Oxşar yazılar