Sumqayıtda qətl törədilib.
Şəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 9-da Sumqayıt şəhərinin Corat Qəsəbə sakini, 36 yaşlı Ağahüseyn İmanovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılmış araşdırmalarla 34 yaşlı Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.
İbtidai istintaq davam etdirilir.