Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon Göytəpə şəhər sakini Əli Bağırov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı ona məxsus ayrı-ayrı bağlamalarda 4 kiloqram 280 qram narkotik vasitə heroin, 1 kiloqram 225 qram psixotrop maddə metamfetamin, 96 qram həşiş qətranı, üzərində “M-40” yazılmış 39 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.