Bakıda kişi ölümlə hədələnib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 28-də Ağsu rayon sakini Z.Xaliq oğlu ölümlə hədələnərək ondan 3000 manat pul tələb edilib.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən S.Yarıyev saxlanılıb.
Araşdırma aparılır.