Xəyyam Kazımov
11 fevral 2021 15:30 (UTC +04:00)

Xəyyam Kazımov

Rayon sakinindən "Kalaşnikov" avtomatı götürüldü-FOTO

Hacıqabul rayon sakini 25 yaşlı Xəyyam Kazımovdan 1 ədəd “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülüb. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, X.Kazımov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-cü (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə məhkumluq həyatı yaşayıb. 

Faktla bağlı araşdırma aparılır.

# 2076
avatar

Mehman Nəbiyev

Oxşar yazılar