Qubada narkotik satanlar tutuldu - VİDEO
24 mart 2023 14:33 (UTC +04:00)

Qubada narkotik satanlar tutuldu - VİDEO

Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Cavid Qarayev və Həzrət Vahabov saxlanılıblar. 

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 1,3 kiloqram narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

# 2895
avatar

Oxşar yazılar