Türkiyədə kişi qohumunu küçədə öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Zonguldak şəhərinin Meşrutiyet məhəlləsində qeydə alınıb.
44 yaşlı M.D. ilə həmyaşıdı olan qohumu S.A. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı M.D. üzərindəki bıçaqla S.A-nı müxtəlif yerlərindən bıçaqlayıb. Aldığı xəsarətlərdən S.A. hadisə yerində ölüb.
M.D. polis tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.
_1766223622.jpg)