Qəbələdə gənc qadının amansızlıqla öldürülməsinin TƏFƏRRÜATLARI
09 mart 2022 14:37 (UTC +04:00)

Qəbələdə gənc qadının amansızlıqla öldürülməsinin TƏFƏRRÜATLARI

Martın 5-də Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisənin bəzi təfərrüatları məlum olub. İstintaqla müəyyən edilib ki, 29 yaşlı Rüfanə Nəbiyeva zərərçəkmiş Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olub. Məlumata görə, A. Əliyevanın əri ondan boşanaraq Rüfanə Nəbiyeva ilə ailə quracağına söz verməsinə baxmayaraq, sözünə əməl etməyib. Buna görə Rüfanə Nəbiyeva Aytac Əliyevanın ərinə guya xəyanət etmək məqsədi ilə evi tərk etməsi görüntüsü yaratmaq üçün rəfiqəsi Kemale Maksumbekova və onun 14 yaşlı oğlu ilə birlikdə cinayət əlaqəsinə girərək mərhumun evinə gələrək onu oğurlayıb. Daha sonra Şəkidə yaşadıqları evə aparılıb saxlanması barədə razılığa gəliblər. 

İstintaqla müəyyən edilib ki, hər iki rəfiqə Aytac Əliyevanın həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlamasına cəhd edərək, sonra  Kemale Maksumbekovanın ümumi razılaşdırılmış niyyətdən kənara çıxaraq Aytac Əliyevanı öldürüblər.

Rüfanə Nəbiyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Kemale Maksumbekova Cinayət Məcəlləsinin 120.1  (qəsdən adam öldürmə), 29, 144.2.4  (adam oğurluğuna cəhd - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.     

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3852
avatar

Mehman Nəbiyev

Oxşar yazılar