Azərbaycanda mağazaya basqın olub.
Lent.az-ın məlumatına görə, hadisə Göyçay rayonunda qeydə alınıb. Mağazaya daxil olan maskalılar orada olan “E-manat” aparatını söküb aparıblar. İlkin məlumata görə, aparatın içərisində 50 min manata yaxın pul olub.
Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.