"Qanuni oğru"lar
16 mart 2022 14:03 (UTC +04:00)

"Qanuni oğru"lar

Postsovet "oğru"ları BARIŞIR: "Biz qardaşıq"

Keçmiş SSRİ məkanındakı bütün “qanuni oğru”lar ədavətə son qoymaq qərarına gəliblər.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, müxtəlif “oğru” klanlarının nümayəndələri əvvəl Antalyada, sonra İstanbulda görüşüblər. Tədbirdə “Merab Suxumski” kimi tanınan avtoritet Merab Canqlevazde və “Taro” ləqəbli avtoritet Taryel Oniani iştirak ediblər.

Onlar bir qədər əvvəl Rusiya kriminalının xaç atası “Şokro Molodoy”un müraciətini dəstəkləmək qərarına gəliblər.

Xatırladaq ki, “Şokro Molodoy” həbsxanadan “oğru aləmi”nə etdiyi müraciətdə “oğru aləmi”nin “kollabs” (ölü) vəziyyətdə olduğunu bildirmişdi:

“Onun vəziyyəti heç də ürəkaçan deyil. Bundan xilas yolu isə düşmənçiliyə və qarşılıqlı təhqirlərə son qoymaq, “qanuni oğru”lar arasında sülhə nail olmaqdır. Biz qardaşıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4851
avatar

Mehman Nəbiyev

Oxşar yazılar