Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: “Yalvarıram, məni öldürmə”
28 yanvar 2022 17:01 (UTC +04:00)

Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: “Yalvarıram, məni öldürmə”

Abşeronda baş verən ailə faciəsinin detalları məlum olub.

Lent.az həmin cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 1978-ci il təvəllüdlü Rafiq Hüseynov arvadı Sanara Əyyubovanın 2019-cu ilin noyabrın əvvəllərində tanımadığı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxladığını görüb, ona xəyanət etməsindən şübhələnib. 2020-ci il oktyabrın 30-u saat 10 radələrində, yaşadıqları evin yataq otağında olduqları vaxt, həyat yoldaşına yaxınlaşaraq, qolu sınan oğlu 10 yaşlı Rəhmanı həkimə aparmaq lazım olduğunu deyib. Bu zaman qadın ona kobud cavab qaytarıb. Əsəbiləşərək telefonunda yad kişi nömrəsi olub-olmadığını soruşub. Sanara da onun mütəmadi şübhələri və mübahisələrindən bezdiyini deyib. Rafiq xəyanət şübhələrinin əsaslı olmasını düşünərək, arvadını öldürməyi qərarlaşdırıb. Bu məqsədlə Sanaranın xəbəri olmadan yataq otağından çıxaraq, mətbəxdən bıçaq götürüb. Dəhlizdə olan azyaşlı övladının yanından keçərək yataq otağına qayıdıb. Qapını içəridən açarla bağladıqdan sonra, paltar şkafının qarşısında dayanmış Sanaraya yaxınlaşıb. İlk zərbəni sağ qoluna vurub. Daha sonra müqavimət göstərib, bıçağı əlindən almağa çalışan qadının müxtəlif nahiyələrinə zərbələr endirib. Sanara müvazinətini itirib otağın döşəməsinə yıxılan kimi, niyyətini başa çatdırmaqdan ötrü qəddarlıqla onu bıçaqlamağa davam edib. Qışqırıq səsinə, qapının şüşəsini sındıraraq içəri baxan oğlunun gözləri önündə, ümumilikdə arvadına 30 dəfə zərbə endirib.

Qətl törədilən ev

İş üzrə dindirilmiş Rafiq Hüseynov bildirib ki, Sanara Əyyubova ilə 2001-ci ildə ailə həyatı qurub. Nikahdan 2 övladları dünyaya gəlib. Onlar 2011-ci ilədək Lerik rayonun Pirasora kəndində yaşayıblar, sonra Bakı şəhərinə köçüblər. Rafiq 2014-cü ildə Abşeron rayonunun Digah qəsəbəsində 2 mərtəbəli ev tikib. Müxtəlif yerlərdə fəhlə kimi çalışaraq, ailəsini dolandırıb. 2019-cu ilin avqust ayında Sanaraya Kərbəla şəhərinə getməyi təklif edib. Amma arvadı getməyib. Arvadı ayın 22-də geri qayıdandan sonra əri ilə soyuq davranmağa başlayıb. Rafiq bundan bir-iki həftə sonra, Sanaranın kiminləsə telefonda yazışdığını görüb. Bu səbəblərlə aralarında yaranan mübahisələrdən sonra arvadı telefonunda Rafiqin mobil nömrəsini bloklayıb. Günlərin bir günü ailəvi Böyükşor parkında olarkən qonşuları Nüsrət Bəkirov da ora gəlib. Rafiqin sözlərinə görə, sanki Sanara Nüsrətlə tək qalmaq üçün bəhanə axtarıb. Arvadından onun nömrəsini blokladığı halda, niyə qonşunun nömrəsini də bloklamadığını soruşub. Bu zaman qadın “yaxşı edirəm” deyib. 2020-ci ilin may ayında Sanara ondan Mehdiabad Polis Bölməsinə şikayət edib, lakin aralarında barışıq olduğu üçün işə xitam verilib.

Cinayətdə istifadə olunan bıçaq

Rafiq oktyabrın 30-u saat 10 radələrində yataq otağında olanda arvadına intim əlaqədə olmaq istədiyini söyləyib. Amma qadın bundan imtina edib. Rafiq daha sonra Sanaradan telefonunda kişi nömrələrinin olub-olmadığını soruşub. Yoldaşı kişi nömrələrinin olduğunu bildirib. Ər-arvad problemlərinin həll etmək məqsədi ilə onunla söhbət etməyə çalışsa da, Sanara onu polisə verəcəyini və boşanacağını deyib. Bundan əsəbiləşən Rafiq mətbəxə gedib və bıçaq götürərək, otağa qayıdıb. Dəhlizdə dayanan oğlunun yanından keçib, qapını örtüb və içəridən bağlayıb.

Paltar şkafının yanında dayanan Sanaranı bıçaqlayaraq, onu yerə yıxıb. Arvadı “vurma, səndən boşanmayacam” deyərək, ona müqavimət göstərib. Sanara ayağa qalxıb, amma müvazinətini itirərək, çarpayının üzərinə yıxılıb. Rafiq dəqiq neçə zərbə vurduğunu xatırlamır. Hadisə zamanı oğlu qapının şüşə hissəsini sındırıb, vəziyyəti görüb və qorxaraq küçəyə qaçıb. Daha sonra Rafiq də evdən çölə qaçaraq qonşulara arvadını bıçaqladığını və ona kömək lazım olduğunu söyləyib.

Qətl törədilən mənzil

Hadisə yerindən uzaqlaşaraq Aslan adlı Mehdiabad Polis  Bölməsinin əməkdaşına zəng etsə də, o, telefona cavab verməyib. Saat 11 radələrində bölmənin başqa bir əməkdaşı onunla əlaqə saxlayıb, harada olduğunu soruşanda ona Digah qəsəbəsində, mərkəzi yolun kənarında dayandığını deyib. Orda saxlanılaraq bölməyə gətirilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Müqəddəs Əyyubov ifadəsində göstərib ki, vaxtı ilə bacısı Sanaranın Rafiqlə ailə həyatı qurmasına doğmalarının çoxu razı olmayıb. Müqəddəsin sözlərinə əsasən, 2019-cu ilin sentyabr ayında Rafiq arvadını Kərbəla şəhərinə göndərdikdən sonra, onun qohumları Sanaraya müəyyən təzyiqlər ediblər. Belə ki, qadın ordan qayıdandan sonra Rafiq onu tez-tez döyüb və təhqir edib. Ailələrindəki münaqişənin həll olunması üçün Müəqddəs də öz səylərini göstərərək, hər ikisini tənbeh edib. 2020-ci ilin sentyabr ayında Rafiqin qardaşı Rizvan Hüseynov zəng edərək qardaşı ilə Sanara arasında yenidən münaqişənin kəskinləşdiyini deyib. Buna görə Müqəddəs atası ilə birlikdə Rafiqgilə gedib. Rafiq atasına daha heç bir problem yaratmayacağını söz versə də, Müqəddəs onun səmimiyyətinə inanmayıb.

Qətl törədilən otaq

Oktyabrın 30-da Şamaxı rayonunda olan qardaşı Müqəddin zəng edərək Rafiqin evdə dava saldığını deyərək Müqəddəsə özünü ora çatdırmağını xahiş edib. Təxminən 20 dəqiqə sonra “Koroğlu” metrostansiyası yaxınlığında olarkən qardaşı yenidən zəng edərək, Rafiqin Sanaranı bıçaqladığını və qonşuların onu 3 saylı xəstəxanaya apardıqlarını deyib. Müqəddəs bacısını xəstəxanaya gətirən qadına zəng edəndə, o ağlayaraq Sanaranın öldüyünü bildirib.

Şahid qismində dindirilən yetkinlik yaşına çatmayan 10 yaşlı Rəhman Hüseynzadə ifadəsində göstərib ki, 2018-ci ildən atası anasını əsassız qısqanmağa və münaqişə yaratmağa başlayıb. Bu münaqişələr vaxtı bacısı Nərminlə birlikdə anasının tərəfini saxlayıblar. Onun sözlərinə görə, çünki atası anasını haqsız yerə döyüb. 2019-cu ildə anası bacısının nişanlısı ilə birlikdə Kərbəla ziyarətinə gedib. Ordan qaydandan 2 həftə sonra anası ilə bacısı dini məclisdə olublar. Evə qayıdandan sonra həmin məclisi təşkil edən qadınla çəkdirdiyi şəkli telefonla ona göndərəndə atası “öz şəklini başqa qadına niyə göndərirsən, bəlkə onun əri sənin şəklini gördü” deyə, problem yaradıb. Mətbəxdə anasının qabağına keçib münaqişənin qarşısını almağa çalışanda atası Rəhmanı döyüb.

Bıçaq dəyən paltar

Hadisə baş verən gün mətbəxin qapısının açıq qalan yerindən atasına baxıb. Rəhman görüb ki, atası mətbəx mebelinin çəngəl-bıçaq qoyulan siyirməsini açıb, nəsə götürüb. Sonra yenidən yataq otağına qayıdıb. Qapı bağlandıqdan dərhal sonra anası qışqırmağa başlayıb. Bunu eşidən Rəhman özünü yataq otağının qapısına vuraraq açmağa çalışıb, amma qapı açılmayıb. Sağ əli ilə zərbə vurub, şüşəni sındırıb. Hadisə zamanı bıçaq atasının sol əlində olub. Anası ona “səndən boşanmayacam, uşaq baxır, öldürmə məni” sözlərini deyib. Uşağın sözlərinə əsasən, atası anasının sinə nahiyəsinə zərbə endirib. Gördüklərindən çox qorxan Rəhman küçəyə qaçıb. Qonşulara xəbər verib, geri qayıdarkən atasının evdən uzaqlaşdığını, anasını isə çarpayının yanında uzanıqlı və qana bulaşmış vəziyyətdə görüb. Anasının telefonu ilə “102” xidmətinə və bacısına zəng edərək məlumat verib. Evə Samirə adlı qonşuları gəlib, anasının yaralarından axan qanı kəsməyə çalışıb. Ona su veriblər. Təcili tibbi yardım briqadası gec gəldiyi üçün anasını Samirənin qardaşının maşını ilə xəstəxanaya yola salıblar. Bir müddətdən sonra anasının meyiti evə gətirilib.

Sanaranın meyiti

Şahid Nüsrət Bəkirov bildirib ki, qonşusu Rafiq və onun həyat yoldaşı ilə münasibəti yaxşı olub. Hadisədən 1 ay əvvəl Rafiqin xahişi ilə onları özünü “Mercedes” markalı maşını ilə Böyükşor parkına aparıb. Şahidin sözlərinə görə, həmin gəzintidə onunla Sanaranın arasında heç bir yaxınlıq olmayıb. Oktyabrın 30-da işdə olarkən arvadı ona zəng edərək, Rafiqin Sanaranı öldürdüyünü deyib. Şahid qeyd edib ki, Sanara Əyyubova ilə heç bir yaxın münasibəti olmayıb.

Şahid Tamara Nəsirova ifadəsində göstərib ki, qızı ilə Rafiqin 2001-ci ildə ailə həyatı qurmalarına bir valideyn kimi etiraz edib. 2019-cu ilin sentyabr ayında Sanara Kərbəla şəhərindən qayıtdıqdan sonra onların ailəsində söz-söhbət yaranıb. Belə ki, Rafiqin doğmaları ona nəyə görə arvadını yad bir kişi ilə, yəni qızının nişanlısı ilə ziyarətə göndərməsinə görə təzyiq etməyə başlayıblar. 2020-ci il oktyabrın 30-da böyük qızı Tamara Nəsirovaya zəng edərək Rafiqin Sanaranı bıçaqladığını deyib. Evlərinə çatanda qızının meyitini 1-ci mərtəbədə, arxası üstə qoyulmuş vəziyyətdə görüb. T. Nəsirova həmçinin ifadəsində bildirib ki, qızı Sanara dini təhsil aldığından hicablı olub və heç vaxt ərinə xəyanət etməyib.

İstintaq fotosu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Abşeronda kişi arvadına 30 bıçaq vurdu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9114
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30