Cəlilabad sakinindən külli miqdarda narkotik maddə aşkarlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Mehdizadədən 3 kiloqram 150 qram heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 880 qram heroin və 1 kiloqram 730 qram tiryək götürülüb.