İşə düzəltmək adı ilə qadının pulunu aldı
02 fevral 2021 11:12 (UTC +04:00)

İşə düzəltmək adı ilə qadının pulunu aldı

Bakıda işə düzəltmək istəyən qadın dələduzluğa məruz qalıb.

Lent.az-ın məlumatına görə, Keşlə dəmiryolu stansiyasında xadimə işləyən şəhər sakini Ceyla Teymurova “28 may” dəmiryolu stansiyasındakı əvvəlki bələdçi işinə qayıtmaq üçün iş yoldaşına 1000 manat pul verib.

Keşlədəki iş yoldaşı İntiqam adlı şəxs əvvəllər Rusiyada işlədiyini deyərək, C.Teymurovanı aldadıb. O, “28 may” dəmiryolu stansiyasında bələdçi işinə bərpa olunması üçün qadından 1000 manat alaraq aradan çıxıb.

Hadisə ilə əlaqədar zərərçəkmişin oğlu müvafiq polis bölməsinə müraciət edib, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Mehman Nəbiyev

Oxşar yazılar