20 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verilib.
Lent.az İnterpolun saytına istinadən məlumat verir ki, 20 yaşlı Nurlan Bağırovun saxlanılması üçün Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarış elan olunub.
N. Bağırov bir qrup şəxs tərəfindən, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən və xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürməkdə ittiham olunur.
Onun tapılması üçün qırmızı xətt üzrə İnterpola müraciət edilib.