Həmkəndlisini bıçaqlayıb...
07 fevral 2022 13:15 (UTC +04:00)

Həmkəndlisini bıçaqlayıb...

Masallıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə fevralın 6-ı axşam saatlarında rayonun Alışanlı kəndində qeydə alınıb. Aralarında yaranmış münaqişə zəminində kənd sakini 29 yaşlı Cahid İsayev həmkəndlisi 32 yaşlı Əli adlı şəxsi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən C. İsayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Mehman Nəbiyev

Oxşar yazılar