Rusiyanın Sankt-Peterburq şəhərində gənc oğlan qonşu qadını zorlayaraq öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Komsomolskaya küçəsindəki mənzildə baş verib.
Qonşusunu vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. İlkin məlumatlara görə, o, ölümündən əvvəl zorlanıb, sonra döşəklə boğulub.
Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı şübhəli şəxs Lomonosovda, Oranienbaumski prospektindəki 41 saylı evin yaxınlığında saxlanılıb.
Müəyyən edilib ki, saxlanılan şəxs əvvəllər də ağır cinayətlər, o cümlədən adam öldürmə, quldurluq və silah oğurluğu törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Həbs olunan zaman onun yanında qətlə yetirilən qadının əşyaları - pencək və qızıl-zinət əşyaları olub.
Şübhəli şəxs istintaq orqanlarına aparılıb. Qətllə bağlı cinayət işi açılıb. İstintaq davam edir.