Dövlət qurumunun torpaqlarını satan məmur həbs olundu
11 fevral 2021 17:20 (UTC +04:00)

Dövlət qurumunun torpaqlarını satan məmur həbs olundu

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisinin qanunsuz əməlləri ifşa olunub.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, idarənin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və "AzərSu" ASC-nin balansında olan 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı Elçin Abbasova 700 manat pul müqabilində verməsinə, habelə həmin torpaq sahəsinə  Mingəçevir bələdiyyəsinin sabiq sədrinin adından saxta “torpaq sahəsinin cizgisi” sənədini hazırlayaraq vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanmaqla, Rövşən İsmayılov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Mehman Nəbiyev

Oxşar yazılar