Ələ keçirilən narkotiklər
04 fevral 2022 13:02 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Daha 40 narkotacir həbs edildi, 60 kilodan çox... - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son 20 gün ərzində keçirdiyi əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 40 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 60 kiloqram narkotik maddə və psixotrop maddə, eləcə də 5000 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum edilmiş Hüseyn Məmmədov saxlanılıb. Ondan 6 kiloqramdan artıq heroin və metamfetamin, 100 ədəd psixiotop tərkibli həb, 1 ədəd tapança, daraq, partonlar və beşbarmaq aşkar edilib.

Xətai və Nəsimi rayonlarında keçirilən əməliyyatlar zamanı isə Gündüz Qarayev və Elxan Məmmədli saxlanılıblar. Onlardan ümumilikdə 12 kiloqram heroin, metamfetamin, tiryək, o cümlədən 480 ədəd psixotrop tərkibli həb aşkar edilib. Adı çəkilən şəxslərin qaçaqmalçılıq yolu ilə əldə etdikləri külli miqdarda narkotiklərin həm ölkə ərazisində satışını təşkil etməsinin qarşısı alınıb.

Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonları, eləcə də, Sumqayıt şəhərində və Abşeron rayonunda keçirdikləri əməliyyatlar zamanı isə 23 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 28 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan plastik kartlar aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının Gəncə, Lənkəran, Mingəçevir şəhərləri, Masallı, Astara və İmişli rayonlarında keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan 14 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Masallı rayonunda saxlanılan Azər İsmayılov və Səbuhi Məmmədovun üzərlərindən və idarə etdikləri avtomobildən 8 kiloqramdan artıq heroin, metamfetamin və 154 ədəd psixoptrop tərkibli metadon həbi aşkar olunub. Digər 12 nəfərdən isə 6 kiloqramdan çox heroin və metamfetamin aşkar edilib.  Saxıanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışnı təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Son 20 gündə 60 kilo narkotik ələ keçirilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar