Cinayət törədib Rusiyaya qaçmışdı, Azərbaycana gətirildi
18 mart 2021 10:37 (UTC +04:00)

Cinayət törədib Rusiyaya qaçmışdı, Azərbaycana gətirildi

Azərbaycanın Baş Prokurorluğu cinayət törədib Rusiyaya qaçan şəxslə bağlı həmin ölkənin Baş Prokurorluğuna sorğu ünvanlayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Fətəliyev İlqar Qərib oğlunun – qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə təkrar olaraq xeyli miqdarda özgə əmlakını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fətəliyev İlqar Qərib oğlu barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Rusiyanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlqar Fətəliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Mehman Nəbiyev

Oxşar yazılar