Ələ keçirilən avtomat
15 aprel 2022 14:58 (UTC +04:00)

Ələ keçirilən avtomat

Bərdə və Mingəçevirdə avtomatla gəzən TUTULDU - FOTO

Mingəçevirdə “Kalaşnikov” avtomatı satmaq istəyən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində Şamil adlı şəxsin odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs-Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Şamil Behbudov saxlanılıb.

Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman Şamil Behbudova məxsus çantadan “AK-74” markalı avtomat, 30 ədəd həmin silaha məxsus patron və sandıqça aşkar olunaraq götürülüb. Ş.Behbudov ifadəsində “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

İlkin araşdırmalar zamanı saxlanılan şəxsin avtomatı satmaq məqsədilə Bərdədən Mingəçevir şəhərinə gəldiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Behbudov barəsində həbs-qətimkan tədbiri seçilib.

# 2520
avatar

Mehman Nəbiyev

Oxşar yazılar