Bayram günü evi qarət edib yandırdı
03 may 2021 13:22 (UTC +04:00)

Bayram günü evi qarət edib yandırdı

Martın 21-də gecə saat 1 radələrində Sabirabad şəhərindəki Yeni məhəllədə yaşayan E.Seyfullayevin evində yanğın baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə 60 kvm. sahədə yanar konstruksiyalar oradakı əşyalarla birgə yanıb, xəsarət alan olmayıb.

Sabirabad rayon Polis Şöbəsində aparılan araşdırmalarla evdən 1200 manat dəyərində məişət əşyalarının oğurlanması və evin yandırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qalağayın kənd sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Mehman Nəbiyev

Oxşar yazılar