Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bərdə və Kürdəmirdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı Bərdə rayon sakini Razi Süleymanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd xüsusi kustar üsulla qələm-tapança formasında hazırlanan atəş üçün yararlı odlu silah, həmin silaha məxsus 3 ədəd patron və 4 qram psixotrop maddə metamfetamin aşkar edilib.
Növbəti əməliyyat zaman üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən daha bir nəfər - Kürdəmir rayon sakini Zaur Kərimov da tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı atəşə yararlı tapança, həmin silaha məxsus 7 ədəd patron aşkar edilib.
Faktlarla bağlı saxlanılanların hər biri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Onların barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.