Bakıda ev qarət olunub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, fevralın 27-də paytaxtın Yasamal rayonu ərazisindəki evlərin birindən 8100 manat dəyərində geyim əşyası, 3 ədəd televizor və qızıl-zinət əşyaları oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Qurbanov saxlanılıb.