Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə paytaxt sakini, əvvəllər məhkum edilmiş Rüfət İbrahimovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, o, silahı satmaq istəyəndə saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “TT” markalı atəş üçün yararlı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Rüfət İbrahimov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rüfət İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.