Bakıda qətl hadisəsi olub.
Xəzər rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 27 yaşlı Ülviyyə Həsənovanın öldürülməsi barədə rməlumat daxil olub.
İlkin araşdırmalarla zərərçəkmişin əri 35 yaşlı Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.