Bakıda qadını vəhşicəsinə öldürən kişi tutuldu
07 fevral 2022 19:56 (UTC +04:00)

Bakıda qadını vəhşicəsinə öldürən kişi tutuldu

Xəbər verildiyi kimi, fevralın 7-i Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənəət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2577
avatar

Oxşar yazılar