Bakıda narkotacirlər saxlanıldı -  FOTO
02 fevral 2021 11:48 (UTC +04:00)

Bakıda narkotacirlər saxlanıldı - FOTO

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbir zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İlqar Hacıyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm heroin aşkar edilib. İ.Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsində yaşayan Namiq Ağayevdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən N.Ağayev də saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 471,745 heroin və 21,730 qram metamfetamin aşkar edilib.

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq araşdırmalar davam etdirilir.

# 2364
avatar

Mehman Nəbiyev

Oxşar yazılar