Bakı sakini silah satarkən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu Ramana qəsəbəsində əməliyyat tədbiri keçiriblər. Nəticədə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasov qısa zamanda saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.
Faktla bağlı toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.