Bakıda kafedə bıçaqlanma olub.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Lökbatan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.
Orada yeyib-içən şəxslər arasında dava düşüb. Nəticədə 41 yaşlı Adil Çərkəz oğlu Quliyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində onu bıçaqlayan şəxsin 27 yaşlı Şirvan Quliyev olması müəyyən edilib və saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.