Nərimanov rayonu, M. Nərimanov küçəsində 23 yaşlı Sadıyev Sənan Səid oğlu və qardaşı 25 yaşlı Təhməzlə, paytaxt sakinləri Canayev İsmayıl Vahid oğlu və 25 yaşlı Soltanov Əli Azər oğlu arasında dava düşüb.
Lent.az-ın məlumatına görə, dava zamanı Sənan Sadıyev üzərindəki bıçaqla İsmayıl Canayev və Əli Soltanovu bıçaqlayıb. Onların hər ikisi 5 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.