Bakıda qətl hadisəsi baş verib.
Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 31-i səhər saat 4 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində 33 yaşlı Ceyhun Sədyarovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalar zamanı zərərçəkmişin tanışı, 19 yaşlı Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.