Fevralın 22-i saat 1 radələrində paytaxtın Yasamal rayonu, M. Həsənov küçəsində 23 yaşlı Ucar rayon sakini Mübariz Xaləddin oğlu Nəbiyev 28 yaşlı Şərur rayon sakini Əyyub Firdovsi oğlu Abdullayevi bel nahiyəsindən bıçaqlayıb.
Lent.az-ın məlumatına görə, zərərçəkən xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən M. Nəbiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.