Bakıda quldurluq hadisəsi olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu barədə zərərçəkmiş Ələt qəsəbə sakini P.Məmmədov Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə müraciət edib. O bildirib ki, aprelin 14-də saat 2 radələrində yaşadığı evdə döyülərək 3800 manat pulu alınıb və əlləri iplə bağlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.