Bu gün saat 16 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
Baş prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
***
Bakıda qətl hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün paytaxt ərazisində qeydə alınıb.
Əvəz Hafizlini əmisi oğlu öldürüb. Hadisəni törədən şəxs saxlanılıb.
Qeyd edək ki, o, bloger olub, həmçinin, sosial şəbəkələrdə yayılan məlumata görə, LGBT fəalıdır.
Əvəz Hafizli
Əmrulla Güləliyev