Bakıda azyaşlı qız qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 19 yaşlı R.Abdullayev və 18 yaşlı bir qız müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.