Bakıda anasını və bacısını öldürən şəxs Rusiyada tutuldu
10 mart 2022 17:10 (UTC +04:00)

Bakıda anasını və bacısını öldürən şəxs Rusiyada tutuldu

Bakıda qətl törədən şəxs Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan Respublikasının vətəndaşı Murad Niftizadənin ekstradisiyası haqqında qərar qəbul edilib.

Sabunçu rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Murad Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Murad Niftizadə Rusiya Federasiyasının ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Rusiyadan Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4521
avatar

Mehman Nəbiyev

Oxşar yazılar