Rövşən Əkbərov və mərhum Elçin Əliyev
17 mart 2021 12:06 (UTC +04:00)

Rövşən Əkbərov və mərhum Elçin Əliyev

Azərbaycanlı iş adamını Rövşən Əkbərovun öldürdüyünə dair... - RƏSMİ AÇIQLAMA

19 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürən şəxs saxlanılıb.

Baş Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 2001-ci il iyunun 1-də Ukraynanın paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı bu ölkənin prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq, bir sıra istintaq tədbirləri yerinə yetirilib. 2003-cü ildə isə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

Həmin cinayət işi üzrə Azərbaycan Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

Ötən il cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan vətəndaşı, 56 yaşlı Əkbərov Rövşən Telman oğlunun 2001-ciil mayın 31-dən iyunun 1-ə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Bu il martın 15-də Rövşən Əkbərov Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə)  və  12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilərək, Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bu qəbildən olan məlumatların həssaslığını nəzərə alaraq, kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş informasiyalara istinad edilməməsini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8559
avatar

Mehman Nəbiyev

Oxşar yazılar