Azərbaycanda ruhi xəstələr neçə adam öldürüb?
16 fevral 2022 17:31 (UTC +04:00)

Azərbaycanda ruhi xəstələr neçə adam öldürüb?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu ruhi xəstələr tərəfindən törədilən cinayətlərlə bağlıdır.

Bəzi cinayət hadisələrinin istintaq zamanı hadisəni törədən şəxsin anlaqsız vəziyyətdə olması və ya ruhi əsəb xəstəliyindən əziyyət çəkməsi müəyyən olunur. Həmçinin araşdırmalarla intihar edərək həyatına qəsd edənlərin də əksəriyyətinin ruhi əsəb xəstələri olduğu üzə çıxır.

Bəs görək, son illərdə Azərbaycanda ruhi xəstələr tərəfindən neçə nəfər qətlə yetirilib?

Rubrikamızın sualına Baş Prokurorluğun mətbuat xidmətindən aydınlıq gətirilib. Bildirilib ki, ötən 2 il ərzində 14 nəfər ruhi əsəb xəstələri tərəfindən öldürülüb:

“2020-ci ildə qeydə alınan 159 qəsdən adam öldürmə hadisəsinin 11-ni, 2021-ci ildə isə 156 qəsdən adam öldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədib.

Qeyd edək ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi pozuntusu özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş məhkəməyə göndərilir.

Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlərdən biri təyin edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3345
avatar

Mehman Nəbiyev

Oxşar yazılar