Azərbaycanda cinayət zamanı ölənlərin sayı artıb - STATİSTİKA
18 fevral 2021 13:49 (UTC +04:00)

Azərbaycanda cinayət zamanı ölənlərin sayı artıb - STATİSTİKA

2020-ci ildə qeydə alınan cinayət hadisələrinin 1260-ı məişət zorakılığı ilə bağlı olub.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən xəbərə görə, bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 179-u əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 77-si isə sərxoş vəziyyətdə törədilib ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 17,0 faiz və 1,6 dəfə çoxdur.

Baş vermiş cinayətlərin 87,9 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 6,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,5 faizi əzab vermə, 2,1 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub. Onların 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (onlardan 41-i qadın) olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Mehman Nəbiyev

Oxşar yazılar