Sentyabrın 1-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.