Azərbaycana 70 kilodan çox narkotik keçirmək istədilər -  FOTO
08 fevral 2021 12:47 (UTC +04:00)

Azərbaycana 70 kilodan çox narkotik keçirmək istədilər - FOTO

Azərbaycana külli miqdarda narkotik keçirmək istəyənlər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a daxil olan xəbərə görə, fevral ayının 7-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığındakı sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub. Sərhəd naryadı onlara “Dayan” komandası versə də, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerin­dən qaç­ıblar.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qa­pa­dıl­mış, sərhəd naryadları tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı keçiril­ib.

Əraziyə baxış zamanı 4 ədəd qara rəngli kisədə təxminən ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələrə və psixotrop preparatlara oxşar maddələr aşkar olu­na­raq götürülüb.

Sərhəd pozucularından biri - Yardımlı rayon sakini, 30 yaşlı Heydərli Orxan Nizami oğlu yaxalanıb, digər 3 nəfər ərazinin mü­rəkkəb dağlıq və meşə relyefli olmasından istifadə edərək hadisə yerindən uzaqlaş­ıblar.

Sərhəd pozucularının şəxsiyyətləri dərhal müəyyənləşdirilərək, Yardımlı rayo­n Polis Şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş təxirəsalınmaz əmə­liy­yat-axtarış tədbirləri nəticəsində rayon sakinləri 30 yaşlı Sultanov Eldəniz Arzuman oğlunun və 25 yaşlı Sultanov Orxan Ənvər oğlunun olduqları yer müəyyən edilərək saxlanılıblar.

Saxlanılmış şəxslərin sərhəd naryadlarının təqibindən yayınmaq üçün yüksək qa­ya­lıq­dan tullanmaları nəticəsində yüngül bədən xəsarətləri almaları məlum olub. Digər sərhəd pozucusunun axtarışı üzrə tədbirlər həyata keçirilir.    

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

# 1995
avatar

Mehman Nəbiyev

Oxşar yazılar