Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.
Lent.az İnterpolun saytına istinadla bildirir ki, 41 yaşlı azərbaycanlı Tale İbrahimov barəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarış elan edilib. O, odlu silahların qanunsuz alınması, başqasına verilməsi, satışı, saxlanması, daşınması və qaçaqmalçılıqda təqsirli bilinir.
Azərbaycan məhkəmələri tərəfindən T. İbrahimovun saxlanılaraq istintaqa cəlb olunması üçün qırmızı bülletenlə barəsində beynəlxalq axtarış qərarı verilib.