Axtarışda olan 52 nəfər saxlanıldı -  KRİMİNAL XRONİKA
07 oktyabr 2022 12:04 (UTC +04:00)

Axtarışda olan 52 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA

Oktyabrın 6-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

# 1905
avatar

Sevinc Fərid

Oxşar yazılar