Azərbaycanda yeni Şura yaradıldı
02 sentyabr 2019 16:16 (UTC +04:00)

Azərbaycanda yeni Şura yaradıldı

Azərbaycanda subsidiya mexanizmini müəyyənləşdirmək üçün Aqrar Subsidiya Şurası yaradılıb.
 
"APA-Economics"in məlumatına görə, bunu subsidiyalar mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
 
Onun sözlərinə görə, Şuraya Kənd Təsərrüfatı naziri sədrlik edir. Şuranın tərkibinə isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsinin, Sahibkarlar və İşəgötürənlər Konfederasiyasının və Fermerlər Şurasının nümayəndələri daxildir.
 
"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən subsidiya informasiya sisteminin yaradılması ilə bağlı komanda formalaşıb ki, həm subsidiya informasiya sisteminin formalaşması, eyni zamanda baza məbləği 200 manat olmaqla hər bir məhsul üzrə kənd təsərrüfatı məhsullarına veriləcək subsidiyaların əmsallarını müəyyən edilməsi üçün Aqrar Subsidiya Şurası yaradılıb", - deyə nazir müavini bildirib.
 
Qeyd edək ki, Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edəcək və bu barədə ictimaiyyəti məlumatlandıracaq:
 
- əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi;
 
- məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi;
 
- toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların və kvotaların təsdiqi;
 
- subsidiyaların tətbiqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı verilən təkliflərin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi.
 
Şura müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq yeniləyə bilər. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək. Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094
avatar

Oxşar yazılar