"Azercell" “Tələbə Təqaüdü 2023” proqramını elan edir®
04 oktyabr 2022 18:51 (UTC +04:00)

"Azercell" “Tələbə Təqaüdü 2023” proqramını elan edir®

“Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində yüksək potensiala, bilik və bacarıqlara malik olan Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələri həvəsləndirmək, onların peşəkar inkişafına dəstək olmaq məqsədilə “Azercell Tələbə Təqaüdü 2023” proqramına start verir.

Proqram çərçivəsində tələbələrin İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə dəyərləndirilməsi nəzərdə tutulur. Seçim komissiyası tərəfindən təşkil edilmiş mərhələlərdə yüksək nəticə göstərmiş son iki kurs (bakalavr) tələbələri ali təhsillərinin sonunadək təqaüd almaq şansını qazanacaqlar. Bununla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial layihələrində, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.

“Azercell Tələbə Təqaüdü 2023” proqramına bütün müraciətlər yalnız elektron formada qəbul olunur. Bunun üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) uyğun istiqamət üzrə təcrübə proqramını seçib, CV-ni, tələbə biletinin və qiymət kitabçasının (transkript) skan versiyasını əlavə edərək qeydiyyatdan keçmək lazımdır. Ərizələrin son qəbul tarixi 20 oktyabr 2022-ci il tarixidir. Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərməklə yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olur, eyni zamanda korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində cəmiyyətə töhfə verməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Oxşar yazılar