“UNIBANK” əmanətçilərin faizlərini bəri başdan ödəyəcək
“Unibank” Kommersiya Bankı bu gündən etibarən yeni əmanət üzrə bütün faizləri depozit müqaviləsinin rəsmiləşdirilməsindən dərhal sonra ödəyəcək. Bundan başqa, hər bir “Faizlər əvvəlcədən” əmanət sahibinə “Improtex Travel” və “BCD Travel” tur operatorlarında 10 faizə qədər endirim təqdim olunur.
Bu barədə bankın mətbuat xidmətinin rəhbəri Vüqar İsrafilov Lent.az-a bildirib. Onun sözlərinə görə, “Unibank”ın daha bir yeniliyi vəsaitlərin əlverişli şərtlərlə bankda yerləşdirilməsini nəzərdə tutur. Belə ki, “Unibank” əmanətçilərə açdıqları depozit məbləğinin 50 faizə qədəri həcmində güzəştli kredit xəttinin alınması imkanı yaradır. Bu halda Bankın müştərilərinə “Visa Classic” və yaxud “MasterCard Standard” növlü pulsuz plasik kart təqdim olunur. Təqdim olunan kredit xətti üzrə faiz dərəcəsi isə “əmanət üzrə dərəcə+3 faiz” təşkil edəcək. Əmanət məbləği 25 000 manatdan (və ya bu məbləğin ekvivalentini) yuxarı olduğu təqdirdə, hədiyyə olaraq “Unibank tərəfindən “MBASK” sığorta şirkətinin “Travel Insurance” sığorta polisi verilir. “Faizlər əvvəlcədən” əmanəti üzrə maksimal məbləğ məhdudiyyəti yoxdur.
Xatırladaq ki, “Faizlər əvvəlcədən” əmanəti “Unibank”ın bu gündən həyata keçirdiyi “Bahooo” kommunikasiya konsepti çərçivəsində təqdim olunan ilk xidmətidir. Bu konseptin əsas məqsədi müasir PR və reklam alətləri vasitəsi ilə Bank tərəfindən göstərilən xidmətlərinin hər bir müştəri üçün maraqlı etməkdir.
Elxan SALAHOV

1129