MDB energetikləri Bakıda toplaşıb
29 may 2009 12:15 (UTC +04:00)

MDB energetikləri Bakıda toplaşıb

Birlik ölkələri energetika sahəsində əməkdaşlıq konsepsiyasının layihələrinin reallaşdırılması üzrə tədbirlər planını müzakirə edəcək

Bu gün Bakıda MDB dövlətlərinin Elektroenergetika Şurasının 35-ci iclası keçirilir.
İclasda Belarus, Rusiya Federasiyası, Qazaxstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna respublikalarının nümayəndələri iştirak edəcək.

“Azərenerji” Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, MDB iştirakçı dövlətlərin elektroenergetika sistemlərinin paralel işinin təmin edilməsi barədə müqavilənin yerinə yetirilməsi və energetika sahəsində əməkdaşlıq konsepsiyasının layihələrinin və onun reallaşdırılması üzrə tədbirlər planının hazırlanması məsələləri müzakirə olunacaq. Həmçinin MDB Elektroenergetika Şurasının fəaliyyətinin maliyyələşdirilməsi, 2008-2009-cu illərin payız qış mövsümündə birliyə daxil olan ölkələrin enerji sistemlərinin işinin yekunları barədə hesabatlar dinləniləcək.

Elxan SALAHOV
# 909

Oxşar yazılar