Dünya Bankının nümayəndələri Dövlət Neft Fondunda olub
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Dövlət Neft Fondunda (DNF) qurumun icraçı direktoru Şahmar Mövsümovun qəbulunda olub. Qonaqlar fondun fəaliyyəti, və perspektiv məsələlərlə maraqlanıb.
Fondun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Şahmar Mövsümov beynəlxalq maliyyə qurumunun nümyəndələri ilə görüşündə neft pullarının idarə edilməsindən danışıb. O, həmçinin Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində DNF-in rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə qonaqlara ətraflı məlumat verib.
Əsəd Aləm isə Dövlət Neft Fondunun MHŞT-nin tətbiqi sahəsində uğurlarını və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirib. Görüşdə dünya maliyyə bazarlarındakı mövcud vəziyyət, Dünya Bankının proqramlarının səmərəliliyi, Dünya Bankı və Azərbaycan arasında gələcək əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Həmçinin neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi də diqqət mərkəzində olub.
Elxan SALAHOV

Oxşar yazılar

Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08