“UNİBANK” ipoteka kreditləşməsinə başlayır
Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatlarından “Unibank” Kommersiya Bankı iyunun 1-dən ipoteka kreditləşməsi üzrə sifarişlərin qəbuluna başlayır.
Bankın marketinq şöbəsinin koordinatoru Vüqar İsrafilov Lent.az-a bildirib ki, “Unibank”dan ipoteka krediti almaq istəyən bütün şəxslər Rəşid Behbudov küçəsi-65 ünvanda yerləşən 17-ci filiala müraciət edə bilər. Onun sözlərinə görə, hər bir potensial borcalan ipotekanın alınması üçün AİF-in müəyyən etdiyi şərtləri mütləq nəzərə almalıdır. Həmin şərtlərə əsasən, müvəkkil banklar tərəfindən kreditlər milli valyutada, yaşayış sahəsinin girov qoyulması ilə verilir. İpoteka predmetinin dəyərinin qiymətləndirilməsi isə müstəqil qiymətləndirici şirkətlər tərəfindən həyata keçirilir. Yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan ipoteka kreditləri maksimum 8 faizlə 3 ildən 25 ilədək müddətə verilir.
Qaydalara əsasən, hesablanan faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilir və aylıq məbləğ borcalanın aylıq məcmu gəlirlərinin 70 faizdən çox ola bilməz. Kreditin maksimal məbləği 50 min manatdır və borcalan kreditin 15 faizini ilkin ödəniş kimi müvəkkil kredit təşkilatına ödəməlidir. Bundan başqa, mümkün risklərdən qorunmaq üçün borcalanın həyatı və əmək qabiliyyəti, habelə girov qoyulan yaşayış sahəsi kreditin məbləğinə bərabər məbləğdə sığorta olunmalıdır.
Xatırladaq ki, əvvəllər də AİF-in müvəkkil kredit təşkilatları siyahısına daixil olan “Unibank” 2007-ci ildə 4,533 milyon manat məbləğində ipoteka krediti verib.
Elxan SALAHOV

2239